Mübariz Qurbanlı: “Heydər Əliyev Azərbaycan parlamentinin əsasını qoyan dahi şəxsiyyətdir” - MÖVQE

Heydər Əliyev Azərbaycan parlamentinin əsasını qoyan dahi şəxsiyyətdir. SİA-nın xəbərinə görə, bunu millət vəkili Mübariz Qurbanlı deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyev irsi Azərbaycan xalqına verilən ən dəyərli töhfələrdən biridir. Onun sözlərinə görə, bu gün cəsarətlə deyə bilərik ki, Heydər Əliyev ölkədəki siyasi qüvvənin fövqündə dayanan ən dəyərli liderlərdən biridir. Ulu öndər ölkənin inkişafına töhfə verən, siyasi-iqtisadi, sosial-bütün sahələrdə inkişafa nail olan, bunlarla yanaşı insan olaraq zövqlü şəxs idi: "Heydər Əliyevlə bağlı hazırlanan kitablar isə onun tarixdə yaşamasına və sonrakı nəsillərə çatdıırlmasına mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət isə bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir\".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...