Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfiri Debnat Şounu Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

SİA-ya XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı D.Şou ölkəmizdə işlədiyi dövrdə Hindistan ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Hindistan arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə