Bahar Muradova: “Nə qədər Azərbaycan dövləti və Azərbaycan xalqı var Heydər Əliyev də olacaq” - MÖVQE

Bahar Muradova: “Nə qədər Azərbaycan dövləti və Azərbaycan xalqı var Heydər Əliyev də olacaq” - MÖVQE
Azərbaycanın bütün regionlarında, dövlət qurumlarında, ictimai-siyasi təşkilatlarda, vətəndaş cəmiyyətlərində Azərbaycanın ümummilli lideri, dövlətimizin və Yeni Azərbaycan Partiyasının (YAP) qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tədbirləri keçirilir. Bunu Səstv-yə açıqlamasında millət vəkili Bahar Muradova deyib.


Onun sözlərinə görə, bu tədbirlərin hər birində "Heydər Əliyev və Azərbaycan", "Azərbaycan dövləti və Heydər Əliyev", "Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlər" mövzuları ətrafında hər kəsin ürək sözləri səslənir: "Ümumi səslənən fikir də ondan ibarətdir ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmasa idi bu gün ki, müstəqil Azərbaycan bu səviyyədə inkişaf etməzdi. Bu bir faktdır və bunu hər kəs qəbul edir. Azərbaycanı istəyənlər də, istəməyənlər də bu faktdan qaça bilməzlər. Odur ki, bizlərin başlıca sərvətimiz olan, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu Heydər Əliyevin xatirəsi bizim üçün müqəddəs və əzizdir".


B.Muradova qeyd edib ki, hər kəsin qəlbində Ulu öndərin özünəməxsus yeri var: "Nə qədər Azərbaycan dövləti və Azərbaycan xalqı var Heydər Əliyev də olacaq. Bu əlamətdar gün ərəfəsində Azərbaycan xalqını, YAP-ın hər bir üzvünü təbrik edirəm. Çünki biz bu günü bayram kimi qeyd edirik. Heydər Əliyevin doğum günü Azərbaycanda bayram kimi qeyd olunur və olunmalıdır da. Bu onun haqqıdır və bu haqqı hər zaman Azərbaycan xalqı ona verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə