Vaqif Məmmədov general-mayor Lənkəran Əliyevlə bağlı açıqlama verib

Vaqif Məmmədov general-mayor Lənkəran Əliyevlə bağlı açıqlama verib

Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsi tərbiyə işləri idarəsinin rəisi polkovnik Vaqif Məmmədov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin sabiq rəisi, general-mayor Lənkəran Əliyevlə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o deyib: \"Lənkaran Əliyevin açıqlamaları heç bir məntiqə söykənmir. İndi Lənkəran Əliyev Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamlar səsləndirməklə günahsız obrazını formalaşdırmağa çalışır. Hətta o, 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamanı pərdələməyə çalışaraq məsələni yozmağa cəhd edir. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamalarda bilavasitə iştirak edən məsul şəxs kimi bəzi məsələləri açıb deməyi vacib bilirəm. Buna bizi məhz Lənkəran Əliyevin özü məcbur edir. Əslində, onun törətdiyi cinayət əməllərinin istintaq materialları ilə tam sübuta yetirilməsi şəksizdir\".

Onun sözlərinə görə, Lənkəran Əliyevin dövlətə vurduğu maddi ziyan məhkəmə tərəfindən sübuta yetirilib və bu o deməkdir ki, həmin məbləğ mənimsənilib. Digər tərəfdən belə çıxır ki, Lənkaran Əliyev dövlətin əmlakını dağıtmasına və bunun üçün rəhbərlik tərəfindən ona verilən mənzili satmasına haqq qazandırır: \"Ümumiyyətlə, Lənkaran Əliyevin açıqlamaları heç bir məntiqə söykənmir və sadəcə olaraq özü-özünü pis vəziyyətə salan şəxsin çıxış variantı tapmadığı üçün nə dediyini bilməməsindən o yana keçmir. Hər halda mən bütün bunlara görə təəssüf edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə