Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva "Bir fikir hərəkatının 100 ili" adlı beynəlxalq simpoziumda iştirak etmək üçün Türkiyəyə gedib. SİA-nın xəbərinə görə, millət vəkili öz işinə bu gün başlayan simpoziumun açılış mərasimində çıxış edəcək.
"Ziya Göyalp", "Fuad Köprülü", "Əli Bəy Hüseyinzadə", "Kazım Namiduru", "İbrahim Kafesoğlu", "İsmail Haqqı Baltaçıoğlu", "Mümtaz Turhan", "Ziyaəddin Fahri Fınndıq", "Mehmet İzzət", "Xalidə Ədib Adıvar", "Erol Güngör", "Faruq Qadri Timurtaş" oturumları ilə 3 gün davam edəcək simpoziuma Türk Dünyasının görkəmli alimləri, aydınları dəvət edilib.
Açılış mərasimində Azərbaycanlı millət vəkili ilə yanaşı, "Türk Ocaqları"nın İstanbul şöbəsinin başqanı dr. Cezmi Bayram, İstanbul Universitetinin rektoru prof.dr. Yunus Söylev və başqaları çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB