Bahar Muradova: \"Həmsədrlərin regiona səfəri danışıqlar prosesinin növbəti mərhələsi kimi qəbul oluna bilər\"-MÜNASİBƏT

"Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, burada antiterror əməllərindən istifadə edilməməsi, ədalətin, haqqın gözlənilməsi, beynəlxalq sülh və təhlükəsizliyin gözlənilməsi İlham Əliyevin sədrliyi müddətində prioritet məsələ kimi qarşıya qoyulub". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, bu məsələlər ətrafında hər hansı bir mövqeyi olmayan dövlət ola bilməz.

Millət vəkili həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin gələn həftə regiona gözlənilən səfərinə də münasibət bildirib. "Bu danışıqlar prosesinin növbəti mərhələsi kimi qəbul oluna bilər. Düşünürəm ki, bu qarşıdakı proseslərə hansısa stimul verə bilər",- deyə vitse-spiker qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...