Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olmasının etirafları davam edir
"Əgər Ermənistanda ədalətli seçkilər keçirilsə, ölkəni böhrandan çıxara biləcək yeni hökumət qurmaq mümkündür. Bu gün Ermənistanın ağır sosial-iqtisadi vəziyyətinin yarnmasının məsuliyyəti iqtidarda olan partiyanın üzərinə düşür". Erməni saytları xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq xarici işlər naziri, "Çiçklənən Ermənistan" partiyasının üzvü Vardan Oskanyan seçkilərə nəzarət edən vahid qərargahın yığıncağında deyib.
Keçmiş nazir prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının dünənki mitinq-konsertinə də münasibətini bildirib: "Meydanda mitinqdən daha çox şou-konsert olub. Orada musiqiyə qulaq asılacaq, əyləncə olacaq. Başqa heç bir şey".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB