Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsində heç bir sülh sazişinin imzalanmasına ümid etmək lazım deyil" - MÖVQE
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Dağlıq Qarabağ münaqişəsindən danışıb
Dağlıq Qarabağ münaqişəsində heç bir sülh sazişinin imzalanmasına ümid etmək lazım deyil. O vaxta qədər ki, ABŞ bu məsələ ilə yüksək səviyyədə məşğul olmayacaq. Bunu Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, Vaşinqtondakı dairələr Cənubi Qafqaz regionunda kökləndikləri qənaətindədirlər. Lakin özlərini aldadırlar.
Diplomatın sözlərinə görə, rəsmi Bakı danışıqlara ümidi tükənməyənədək müharibəyə başlamayacaq. Amma buna ümid etmək olmaz. Çünki müharibə ilə bağlı risklər artmaqdadır. "Uzun müddət biz Cənubi Qafqazdakı üç strateji maraq haqqında danışırdıq. Bunlar təhlükəsizlik, energetika və daxili islahatlardır. Əgər regionu itirmək istmiriksə, bunların vacibliyini yetərincə dəyərləndirməliyik".
Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verilir ki, M.Brayza Türkiyə və Ermənistan arasındakı münasibətlərdən də danışıb. Bildirib ki, bu, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca qeyri-mümkündür və məsələnin gündəmə gəlməsi sülh prosesi üçün ziyanlı tendensiyadır. "Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasını necə istəməyimizdən asılı olmayaraq biz heç nə əldə edə bilmədik", - deyə o vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara ABŞ prezidentinin cəlb edilməsi ilə bağlı sualı cavablandıran M.Brayza bildirib: "Zənnimcə, bu, real deyil. Hesab etmirəm ki, nə vaxtsa prezident Klintonun Yaxın Şərq konfliktinin həllində iştirakına bənzər status əldə edəcəyik. Eyni zamanda hesab etmirəm ki, bu, yaxşı hal olar. Minsk Qrupuna həmsədrlik edən dövlətin başçısının danışıqlar prosesində iştirakı disbalans yaradacaq. İkincisi, düşünürəm ki, biz nizamlamada Azərbaycan və Ermənistan prezidentlərinin bir-birinə inanmamasına görə dalana dirənmişik və inamın öz-özünə yaranacağı qənaətində deyiləm. İnamı yaratmaq lazımdır və bu işdə ABŞ-ın rolunu görürəm".
M.Brayza eyni zamanda bildirib ki, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlama prosesində iştiraka, Rusiya ilə ikitərəfli diplomatiyaya hazırdır. "Başqa sözlə, Qarabağ məsələsi dövlət katibi səviyyəsində gündəmə gətirilməlidir. Hərdən də prezident səviyyəsində", - deyə o, fikrinə aydınlıq gətirib.168.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB