AMEA-da “Vətənə və elmə xidmət etdilər” adlı kitabın təqdimat mərasimi keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 9 may Qələbə gününə həsr olunan "Vətənə və elmə xidmət etdilər" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, kitab 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən dönmüş Azərbaycan alimlərindən bəhs edir. Burada onların müharibə dövrünü keçmiş həyat yolları, qələbəyə vermiş olduqları töhfələr və elmdəki xidmətləri geniş təsvir olunur. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri Səməd Vurğun, Üzeyir Hacıbəyov, Ziya Bünyadov, Həsən Əliyev, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. Azərbaycan və rus dillərində yazılmış kitabın həm müəllifi, həm də tərtibatçısı təqaüdçü, polis polkovniki Georgi Zapletin, redaktoru isə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadədir. Kitabda bir sıra alimlərin həyat və yaradıcılığına aid məqalələr geniş yer alıb. Onlar arasında akademik İsmayıl İbrahimov, Maqsud Əliyev, Məhərrəm Məmmədyarov, AMEA-nın müxbir üzvü Fərhad Əhmədbəyli və kənd təsərrüfatı elmlər doktoru Zeynalabdin Mövsümov var.

Bütün xəbərlər Facebook səhifəmizdə