Vitse-spiker: “Müxalifətin xarici qüvvələrlə əlbir olması ilə bağlı əlimizdə kifayət qədər fakt var”

Vitse-spiker: “Müxalifətin xarici qüvvələrlə əlbir olması ilə bağlı əlimizdə kifayət qədər fakt var”

"Azərbaycan müxalifətinin ölkəmizi istəməyən bəzi xarici qüvvələrlə əlbir olması və onlardan qidalanması bəllidir. Bununla bağlı əlimizdə kifayət qədər fakt var. Vaxtı gələndə onlar açıqlana bilər". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, müxalifət vətəndaş mövqeyindən çıxış etmir: "Əgər bu gün Azərbaycan müxalifəti ölkəmizin milli maraqlarını qorusaydı, heç olmasa aksiyalara 1 ay müddət verərdilər. Amma onlar vətəndaş mövqeyindən çıxış etmirlər. Mən müxalif qüvvə olsaydım, aksiyalara bir müddət ara verərdim və bununla da Azərbaycan cəmiyyətin vahid mövqe nümayiş etdirdiyini dünyaya göstərərdim. Buna baxmayaraq aksiyalar üçün yerlər ayrılıb".

Bəzi xarici qüvvələrin Azərbaycanın əleyhinə çıxışlarına da münasibət bildirən Z.Əsgərov deyib ki, həmin qüvvələr Azərbaycanın qısa müddətdə əldə etdikləri uğurlara qısqanclıqla yanaşırlar: "Ona görə də Azərbaycana qarşı belə qarayaxma kampaniyası başladıblar. Çox təəssüf ki, Azərbaycanda da bəzi qüvvələr onların dəyirmanına su tökür\".

Bütün xəbərlər Facebook səhifəmizdə