XİN: “Azərbaycanın BMT TŞ-ya sədrliyi müddətində təhlükəsizlik məsələsi bir nömrəli prioritet olacaq”

XİN: “Azərbaycanın BMT TŞ-ya sədrliyi müddətində təhlükəsizlik məsələsi bir nömrəli prioritet olacaq”

Bu gündən Azərbaycan rəsmən BMT Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətlərinin icrasına başlayır. Azərbaycan xarici siyasət idarəsinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın BMT TŞ-da sədrliyi dövründə prioritetlərini SİA-ya açıqlayarkən deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində təhlükəsizlik məsələsi bir nömrəli prioritet olacaq.

\"Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirəcəkmi?\" sualına cavabında Elman Abdullayev: " BMT Təhlükəsizlik Şurasında sədrlik edən ölkə digər üzv dövlətlərlə əlaqələndirilmiş şəkildə TŞ-ın gündəliyini tərtib edir. Gündəliyə dünya ictimaiyyətinin qarşılaşdığı problemlər, çağırışlar, ümdə məsələlər prioritetləşdirilmiş şəkildə daxil olur. Təbii ki, Azərbaycan üçün də dünyadakı bir sıra proseslər önəmlidir. Ən önəmlisi dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik məsələsidir. Azərbaycan bu problemlə üzləşən ölkələrdən biridir. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın hələ də 20 faizini işğal altında saxlaması yalnız bizim üçün deyil, Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük bəladır".

Bütün xəbərlər Facebook səhifəmizdə