BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 25-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətini rəhbəri Şəhla Qəhrəmanova SİA-ya açıqlamasında bildirib ki, BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 2 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 3 "salamat məktubu" alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB