Bakıda Dərbənd şəhərinin 5 min illiyinə həsr olunmuş konfrans keçirilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən "Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans Dərbənd şəhərinin 5000 illiyinə həsr olunub. Konfransa Rusiya Elmlər Akademiyasının, Dağıstan Elmlər Mərkəzinin Tarix Arxeologiya Etnoqrafiya İnstitutunun, o cümlədən Tükiyənin nüfuzlu alimləri dəvət olunub.
Qeyd edək ki, konfrans öz işini 3 bölmə üzrə davam etdirir. Bunlar "Dərbənd şəhərinin sosial-iqtisadi ikişafı", "Dərbənd şəhərinin siyasi tarixi", "Dərbənd şəhərinin əhalisi və mədəni inkişafı" bölmələridir.
Məlumat üçün bildirək ki, konfrans iştirakçıları aprel 28-i tarixində 1918- ilin mayında Qubada erməni daşnaqları tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş türklərin soyqırımı məzarlığını ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB