Nurlana Əliyeva: "Azərbaycan qadınları olaraq ordumuzun gücü ilə qürur duyuruq" - MÖVQE
"Artıq Azərbaycanın güclü ordusu formalaşıb. Yüksək döyüş hazırlığına malik olan silahlı qüvvələrimiz hər an işğal olunmuş torpaqları azad etməyə qadirdir". Bu fikirləri YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.
N.Əliyeva bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərinə daha böyük vəsait ayrılır.
"Bu fakt dövlətimizin orduya olan diqqətinin nümunəsidir. Biz bu gün YAP nümayəndələri olaraq hərbi hissələrimizdəki vəziyyəti əyani şəkildə görürük. Gördüklərimiz isə bizi çox sevindirir. Azərbaycan qadınları həm də anadır, biz ordumuzun gücü ilə qürur duyuruq. İşğalçı ordu bizim silahlı qüvvələrimizin qarşısında duruş gətirmək iqtidarında deyil", - deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB