AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşmək istəyir

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşmək istəyir

Avropa Şurası Parlament Assambleyasının bürosu hələlik Dağlıq Qarabağ üzrə altkomitənin işinin bərpasına dair qərar qəbul etməyib. Bu barədə məlumatı AŞPA sədri Jan-Klod Minyon keçirdiyi mətbuat konfransında verib.


Minyon Azərbaycan və Ermənistan AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmək istədiyini deyib. Bunu tərəflər arasında sağlam dialoq mühitinin formalaşması baxımdan önəmli sayıb. Görüşlərin vaxtının dəqiqləşdirilməsinə gəlincə, mövcud istiqamətdəki fəaliyyətin Ermənistanda yayda baş tutacaq seçkidən sonra aparılacağını önə çəkib.


J.K.Minyon eyni zamanda ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə də görüşmək niyyətini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə