Millət vəkili Avropa Şurasını Ermənistana qarşı təsir mexanizmlərini işə salmağa çağırıb
Millət vəkili Qənirə Paşayeva Nazirlər Komitəsinin sədrinə Ermənistan tərəfindən 20 əvvəl işğal olunmuş Şuşa və Laçın məsələsi ilə bağlı sual verib. \"Cəmi bir neçə gün sonra, may ayında Ermənistan tərəfindən Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun işğalının 20-ci ili tamam olur. Artıq 20 ildir ki, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün, o cümlədən şuşalılar və laçınlıların öz doğma torpaqlarına dönməsinə Ermənistan tərəfindən imkan verilmir. Cənab nazir, nə üçün Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi və haqları 20 ildir ki, Ermənistan tərəfindən tapdalanan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsi üçün AŞ-nin rəsmi Yerevana təsir və təzyiq mexanizmləri işə salınmır?\" - o, sualında deyib.
AŞ Nazirlər Komitəsinin sədri cavabında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolları nə qədər tez tapılsa, qaçqın və məcburi köçkünlərin evlərinə dönə bilməməsi üçün çəkdiyi əziyyətlər də o qədər tez başa çatar. \"Siz tamamilə haqlısınız ki, öz evinə dönə bilməyən yüz minlərlə qaçqın və məcburi köçkün bundan çox əziyyət çəkir. Üstəlik, onların öz evlərinə dönmək hüququ var. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu ilə eyni səlahiyyətləri bölüşmür. Mən hesab edirəm ki, Minsk qrupu çərçivəsində hər iki ölkənin rəsmiləri kəskin bəyanatlardan yayınaraq, münaqişənin həlli yollarının tapılması üçün səylərini artırmalıdırlar. Həll yolları nə qədər tez tapılsa, qaçqın və məcburi köçkünlərin evlərinə dönə bilməməsi üçün çəkdiyi əziyyətlər də o qədər tez başa çatar və onlar öz torpaqlarına qayıda bilərlər\", - Lidinqton deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB