Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya üzrə müşahidəçilik missiyasının təsisinə dair qətnamə layihəsi təqdim edib. Bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç verib.
A.Lukaşeviçin sözlərinə görə, Rusiya belə bir ideyanı BMT-nin baş katibinin məruzəsində nəzərdə tutulanları inkişaf etdirmək niyyətilə irəli sürüb və Suriyadakı zorakılığın dayandırılmasına dəstək göstərilməsinə çalışır. "Layihə həmçinin BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Kofi Annanın səylərini gücləndirməyi də hədəf götürüb. BMT-nin ölkədə ilk üç ay müddətində üç min nəfərdən ibarət müşahidəçi missiyasının yaradılmasını nəzərdə tuturuq".
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun da qurumun Təhlükəsizlik Şurasına Suriyaya geniş müşahidəçi missiyasının göndərilməsi təklifi ilə müraciət edib. Rusiyadan fərqli olaraq baş katib müşahidəçi missiyasının tərkibinin üç min deyil, üç yüz nəfər olmasını irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB