Elman Abdullayev: \"İşğal edilmiş ərazilər geri qaytarılmayınca Aİ münaqişə tərəfləri ilə saziş imzalanmayacaq\" - MÖVQE

Elman Abdullayev: \"İşğal edilmiş ərazilər geri qaytarılmayınca Aİ münaqişə tərəfləri ilə saziş imzalanmayacaq\" - MÖVQE
Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunan qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub.

Qətnamədə qeyd edilir ki, nə qədər ki Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayıb, ərazilər Azərbaycanın nəzarəti altina keçməyib, qaçqınlar öz doğma torpaqlarına qayıtmayıb, Avropa İttifaqının \"Şərq tərəfdaşılığı\" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaq.

O, qeyd edib ki, Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Qeyd edək ki, bu gün qəbul olunmuş qətnamədə Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyü prinsipinə AB-nin hörmətlə yanaşdığı, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionun stabilliyini və inkişafına maneə törətdiyi qeyd olunur, AB münaqişənin həllində daha aktiv rol oynamasına çağırılır.

Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin dərhal öz yurd-yuvalarına qayıtmasının vacibliyi vurğulanır.

Qətnamədə o da bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv seçilməsi AB ilə Azərbaycan arasında məsləhətləşmələr aparmaq üçün yaxşı fürsətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə