Rövnəq Abdullayev BP şirkətinin icraçı direktorunu qəbul edib

Rövnəq Abdullayev BP şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, R.Abdullayev ARDNŞ ilə BP arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərindən məmnun olduğunu söyləyib.

Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən bütün neft-qaz layihələrinin uğurlu olduğunu qeyd edən ARDNŞ prezidenti bundan sonrakı işlərin də eyni səviyyədə müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.

BP şirkətinin icraçı direktoru Robert Dadli təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə həyata keçdiyini söyləyib. ARDNŞ prezidentinə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə işlərin tam həcmdə görüldüyünü deyərək, Avropanın enerji təchizatı üçün geniş maraq doğuran layihənin 2-ci mərhələsinə artıq start verildiyini xəbər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə