Avroviziyanın Azərbaycandakı rəsmi fan-klubu qeyri-adi flaşmob keçirib
Avroviziyanın Azərbaycandakı rəsmi Fan Klubu Park Bulvar alış-veriş mərkəzi ilə birgə "Muğam" flashmob-u keçirib. SİA-nın xəbərinə görə, flashmob zamanı alış-veriş mərkəzinin 3-cü mərtəbəsində, yemək masaları olan hissədə, anidən tar, kamança və nağarada muğam ifa olunmağa başlanıb. Bir qədər sonra musiqiçilərə növbə ilə muğam ifaçıları qoşularaq ifanı davam ediblər. Sonda gənc xanəndələr Qarabağ Şikəstəsi ilə öz ifalarını bitiriblər. Alqışlar səslənərkən Fan Klubun üzvləri öz yerlərindən qalxaraq üzərində Avroviziya loqotipləri olan papaqlar geymiş \"Light Your Fire\" sloqanını bir ağızdan səsləndiriblər. Flashmob iştirakçıları öz yerlərinə əyləşərək əvvəlki kimi davranmağa davam ediblər və beləliklə flashmob sona çatıb.
Qeyd edək ki, flashmob zamanı ifaçılar xalq artisti Arif Babayevin tələbələri olan Milli Konservatoriyanın gənc muğam ifaçıları olub.
Məlumat üçün bildirək ki, Avroviziyanın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 1Aprel 2008-ci il tarixində yaradılıb. Hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz Avroviziya 2012-yə dəstək istiqamətində fəaliyyəti davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB