Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Brüsseldə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibinə daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Toplantı aprelin 18-20-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Görüşdə İSAF proqramlarının reallaşma perspektivləri müzakirə olunacaq. Bundan başqa, nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Xatırladaq ki, İSAF 2001-ci ildən Əfqanıstanda NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentdir.
Xatırladaq ki, İSAF 2001-ci ildən Əfqanıstanda NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB