“Avroviziya-2012: Azərbaycan həqiqətləri yerli və xarici mediada\" mövzusunda tədbir keçirilib - FOTOLAR
Dəyirmi masanın giriş nitqi ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ötən il Azərbaycan "Avroviziya" mahnı müsabiqəsində qalib gəldikdən sonra Azərbaycanın bütün uğurlu nailiyyətləri yerli mətbuatda layiqincə dərc edildi: "Amma təəssüflər olsun ki, bir sıra KİV Azərbaycanda baş verən hadisələri neqativ və kortəbii şəkildə işıqlandırıb".
Qeyd olunub ki, 1998-ci il avqustun 6-da \"Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında\" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Məhz bu fərmanın imzalanmasından sonra Azərbaycan mətbuatının qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində çox ciddi işlər görülüb: "2003-cü ildən etibarən dövlətin media üzərində tənzimlənməsi ləğv edildi. Bununla belə 2009-cu ildə müstəqil mətbuatın inkişafına dəstək məqsədilə KİVDF yaradıldı. Bununla da hər il KİVDF-yə müəyyən məbləğdə dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır. Bu da müstəqil qəzetlərin inkişafı üçün nəzərdə tutulur. Həmçinin bu il Azərbaycanda Diffamasiya haqqında qanun qəbul ediləcək".
MŞ sədri bildirib ki, medianın əsas və başlıca problemi iqtisadi imkankların zəif olmasıdır: "Əgər media iqtisadi baxımdan yaxşı deyilsə deməli mətbuat cəmiyyətdə öz sözünü demək imkanına malik olmayacaq. Məhz bununla da əlaqədar olaraq MŞ lazımi tədbirlər həyata keçirəcək".
Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxış edərək, 20 il ərzində Azərbaycanın qazandığı uğurlar barəsində ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın ən böyük uğuru onun öz müstəqilliyinin qorunub saxlanılması oldu. Məhz bu amili də özlərində əsas götürən bəzi insanlar qısqanclıqla bu məsələlərə yanaşır və mətbuatda Azərbaycan həqiqətlərinin əksinə olaraq yazılar dərc edirlər: "Hesab edirəm ki, "Avroviziya" mahnı müsabiqəsinə siyasi prizmadan deyil mədəniyyət amili yönündən yanaşılmalıdır".
Daha sonra "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "APA" İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, \"Ədalət\" qəzetinin baş redaktoru İradə Tuncay, \"Bakı-Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri yerli mətbuatla xarici mətbuatın əlaqələrindən danışaraq qeyd ediblər ki, əgər yalan, böhtan xarakterli yazıların qarşısı alınmasa gələcəkdə Azərbaycan mətbuatı ilə xarici mətbuat arasında ciddi problemlər yarana bilər.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə məsələni belə xarakterizə edib: "Bəzi yerli və xarici mətbuatda dərc olunan yazılar tək "Avroviziya-2012" mahnı müsabiqəsinə qarşı deyil ümumilikdə "Avroviziya" hərəkatına qarşı yönəldilib. "Səs" qəzeti haqqında yazılan tənqid xarakterli yazılların Almaniya mətbuatında da dərc olunması bunu bir daha göstərir ki, müxalifət mətbuatı, xüsusilə \"Azadlıq\" qəzeti Azərbaycan əleyhinə kampaniyalara start verib. Bununla belə həmin yazıların eyni səpkidə və eyni tərzdə erməni mətbuatında dərc olunması müxalifətin kimlərlə işbirliyində olduğunu bir daha ortaya qoyur. B.Quliyev MŞ sədrinə və quruma üzv olan KİV rəhbərlərinə müraciət edərək bildirib ki, bu cür problemlərin olmaması üçün əvvəlcə yerli, daxili mətbuatın işinə nəzarət edilməlidir.
\"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Avroviziya" mahnı müsabiqəsini siyasətdən başqa digər sahələrlə müqayisə edilə biləcəyini tədbir iştriakçılarının diqqətinə çatdırıb və media kapitanlarını müraciəti imzalamağa çağırıb.
Tədbirin sonunda isə Mətbuat Şurası tərəfindən Avropanın aparıcı mətbu orqanlarına və avropalı jurnalistlərə ünvanlanmış müraciət qəbul olunub və KİV rəhbərləri tərəfindən imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB