Serik Primbetov: \"Xəzərin hüquqi statusuna dair danışıqlarda müəyyən irəliləyişlər var\"
"Xəzəryanı ölkələr dəniz mühitinin qorunmasına dair çərçivə sazişinə 3 yeni protokol hazırlayırlar. Bunlar transsərhəd kontekstində ətraf mühitə təsirə dair protokol, biomüxtəlifliyin qorunmasına dair protokol, qurudakı fəaliyyətlə əlaqədar Xəzər dənizinin çirkləndirməkdən qorumağa dair protokoldur". SİA-nın məlumatına görə, bunu Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında deyib. Bundan başqa səfir bildirib ki, tərəflər sahilyanı ölkələr bioresursların qorunması və rasional istifadəsinə dair beynəlxalq müqavilələrini, həmçinin dənizin hidrometeorologiyasına da sənədləri nəzərdən keçirirlər.
Səfir həmçinin bildirib ki, Xəzərin hüquqi statusuna dair danışıqlarda müəyyən irəliləyişlər var.
Qeyd edək ki, artıq bu məsələ ilə bağlı 3 sammit keçirilib, növbəti sammitin bu il Rusiyada keçirilməsi nəzərdə tutulsa da dəqiq tarix müəyyənləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB