Dövlət notariusu işləmiş şəxsin hazırladığı çoxlu sayda saxta sənədlər aşkarlanıb
Azərbaycanda dövlət notariusu işləmiş şəxsin saxta sənədlər hazırlaması, saxta sənəd əsasında satılan mənzilin pulunun mənimsənilməsi faktları aşkarlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilib. Ədalət Mirzəyevin idarə etdiyi \"Mercedes\" və Nurağa Əsgərovun idarə etdiyi \"Tayoto Prado\" markalı avtomaşınlara baxış keçirilib. Bu zaman çoxlu sayda müxtəlif şəxslərə məxsus daşınmaz əmlak sənədləri, möhürlü, imzalı boş etibarnamələr, müqavilə blankları və digər saxta sənədlər aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB