Bolqarıstanlı nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
Bildiyimiz kimi, 1918-ci ilin aprel-may aylarında erməni-daşnak hərbi birləşmələri Qubada vəhşi qırğınlar törədib. Həmin qırğınların əyani faktları isə Quba soyqırımı məzarlığında aşkara çıxıb. Bu gün Azərbaycana səfər edən xarici ölkələrin dövlət nümayəndələri, ziyalılar Quba soyqırımı məzarlığını ziyarət edərkən erməni vəhşiliyinin bir daha şahidi olur.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Azərbaycana səfər edən bolqarıstanlı nümayəndələr də Quba soyqırımı məzarlığını ziyarət ediblər. Ziyarətçilər erməni vəhşiliklərinin nişanələrinin tarixi fakt olduğunu və cinayətlərə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, xarici qonaqlar Quba şəhəri, Qırmızı Qəsəbə, eləcə də rayonun digər tarixi məkanları ilə tanış olublar.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB