Ermənistanın xarici işlər naziri ATƏT-in həmsədrləri ilə görüşüb

Ermənistanın xarici işlər naziri ATƏT-in həmsədrləri ilə görüşüb

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, görüşün dəqiq detalları haqqında heç bir məlumat verilməyib. Qeyd edək ki, Edvard Nalbandyan Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) ilə sonuncu dəfə martın əvvəllərində İrəvanda vasitəçilərin regiona səfəri zamanı görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə