Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimində dövlət başçıları iştirak etməyəcəklər. Məsələ barədə Rusiya Federasiyasının Prezident Administrasiyasından bildirilib.
Bununla bağlı sualı cavablandıran Kremlin adı çəkilməyən rəsmisinin sözlərinə görə, belə bir prosedurun reallaşdırılması inaqurasiya mərasimlərinin illərdən bəri mövcud olan ənənəsinə uyğundur.
Qeyd edək ki, bir sıra xarici kütləvi informasiya vasitələri V.Putinin andiçmə mərasiminə MDB məkanı ölkələrinin liderlərinin, o cümlədən Belarus, Qazaxıstan və Ukrayna prezidentlərinin qatılacaqlarını bildirmişdilər. Təntənəli tədbirdə həmçinin İtaliyanın keçmiş baş naziri Silviya Berliskoninin və Almaniyanın sabiq kansleri Gerhard Şröderin də iştirak edəcəyi deyilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB