Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Antal Herdiç, yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə