Millət vəkilləri “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə münasibətlərini açıqladı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Siyasi partiyalar haqqında" qanunda siyasi partiyalara ianələrin verilməsinin qadağan olunmasını təklif edib. SİA-nın xəbərinə görə, millət vəkili Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyyələşməlidir. Maliyyə vəsaitinin yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılmalı olduğunu deyən İ.Ağazadənin sözlərinə görə, belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasını kommersiya obyekti kimi baxılacaq.
Müzakirələr zamanı Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı qanuna dəyişiklikləri mütərəqqi hal adlandırıb. O da təklifləri sırasında qeyd edib ki, siyasi partiyaların qeydiyyatını sadələşdirməyə ehtiyac var.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc qanuna dəyişikliklərə Venesiya Komissiyası tərəfindən rəy verildiyini qeyd edərək, komissiyanın məqbul hesab etmədiyi bir sıra qərəzli müddəalarını da səsləndirib: "Venesiya Komissiyası qanunda edilən dəyişikliklərdə xarici vətəndaşların partiya təsis etmək qadağasına etiraz edib. Halbuki bir sıra Avropa ölkələrində də bu qadağa var. Qanuna dəyişikliklər hazırlanarkən təklif olunan 5 min nəfər üzvü olan partiyalara maliyyə vəsaitinin verilməsi də müsbət hesab olunur. Bunun da dəyişikliklər sırasında olması vacibdir".
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki,
maliyyələşmə ən azı Azərbaycanın rayonlarının yarısında təşkilatlanmış
partiyalara şamil olunmalıdır.
Millət vəkilləri Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və digərləri çıxış edərək təkliflərini səsləndirib, qanuna edilən dəyişikliklərə münasibət bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB