İqbal Ağazadə: \"“Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi mütərəqqi haldır” - MÖVQE
"Siyasi partiyalar haqqında" qanun layihənin parlamentə müzakirəyə çıxarılması mütərəqqi haldır. SİA-nın xəbərinə görə, bunu Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsinə edilən dəyişiklərdə siyasi partiyaların qeydiyyatı prosedurunun sadələşdirilməsinə ehtiyac var. İ.Ağazadə vurğulayıb ki, təklif olunan dəyişikliklərdən biri - şəxsiyyət vəsiqəsində olan məlumatları gizlədən şəxslərin ianə verə bilməyəcəyi vətəndaşın hüququnu məhdudlaşdırır.
Partiya sədrinin sözlərinə görə, əslində Mərkəzi Seçki Komissiyasında siyasi partiya kimi seçkilərdə iştirakı qeydiyyata alınmış partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac var: "Yoxsa bir siyasi partiyadan bir nəfərin namizədliyi fərdi qaydada keçir, sonra o seçilir, parlamentdə oturub maaş alır. Bu hansı məntiqə sığır?".
İ.Ağazadə dəyişikliklərdə göstərilən siyasi partiyaların proqramının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasına öz etirazını bildirib. O qeyd edib ki, hər partiyanın seçkilərdə müəyyən taktikası olur ki, onu da açıqlamaq məcburiyyətində qalmalı deyil. Partiya sədri partiyaların dövlət tərəfindən maliyyəşdirilməsi mexanizminə də öz iradını bildirib: "Seçkilərdə cəmi 2 dairədən namizəd irəli sürən və təsadüfən 1 deputat yeri qazanan partiya ilə 125 dairədən namizəd irəli sürüb 1 deputat yeri qazanan partiyalara eyni həcmdə dövlət vəsaitinin ayrılması ədalətsizlikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB