Əli Əhmədov: “Qanunda təklif olunan dövlət maliyyələşməsinin mexanizmi YAP-ın maraqlarına uyğun deyil” - MÖVQE
"Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklər Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
İcra katibi bildirib ki, bu dəyişikliklər Azərbaycanda siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün etibarlı mexanizm yaradır.
Lakin Ə.Əhmədov partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edib. Onun sözlərinə görə, qanunda təklif olunan dövlət maliyyələşməsinin mexanizmi YAP-ın maraqlarına uyğun deyil.
"Nəticə etibarı ilə Milli Məclisdə 11 partiyanın 84 deputatı təmsil olunur. Onların 71-i YAP-ın, 13-ü digər partiyaların üzvüdür. Milli Məclisdə deputatların 56 faizi YAP üzvləridir. Dünyada tətbiq olunan təcrübəyə əsasən, YAP-a dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin 80-84 faizi verilməli idi. Lakin hazırkı mexanizmlə YAP-a 45,6 faiz çatacaq. Mən bu bölgünü ədalətli hesab etmirəm".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB