V. Matviyenko: \"Azərbaycanla Rusiya arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri daşıyır\"
\"Azərbaycanla Rusiya arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri daşıyır və bu ölkələrin parlamentlərarası əlaqələri çox vacibdir\". Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Fəxri xiyabanı ziyarət zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya Federasiya Şurasının nümayəndə heyəti Bakıya Milli Məclisin sədri Oktay Əsədovun dəvəti ilə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı məsələlərinin müzakirəsi məqsədi ilə gəlib.
"Biz çox şadıq ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sferalar istiqamətlərdə inkişaf edir. Biz Azərbaycan parlamenti ilə nəinki ikitərəfli münasibətlər, o cümlədən Azərbaycanın da çox vacib rol oynadığı MDB parlamentlərarası assambleyası əlaqələri çərçivəsində əməkdaşlıq edirik. Biz müxtəlif beynəlxalq parlamentlərarası təşkilatlarda əməkdaşlıq edirik, mövqelərimizi birləşdiririk və deyə bilərik ki, bizim ölkələrimizdə gedən demokratik dəyərlərin inkişafında parlamentlərimizin rolu artır. Biz ölkələrimiz arasında müxtəlif sferalarda ikitərəfli razılaşmaların qanuni təminatı üçün daha effektiv işləməliyik"-, deyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Fəxri xiyabanı ziyarət edib. Fəxri xiyabanı ziyarət edən V. Matviyenko Ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarı önünə əklil qoyub. Daha sonra qonaq Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB