Azərbaycanla Serbiya arasındakı kredit sazişi ilə bağlı qanun layihəsi təsdiqləndi
Azərbaycanla Serbiya arasındakı kredit sazişi ilə bağlı qanun layihəsi təsdiqlənib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında "Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında kredit sazişi"nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan hökuməti Serbiyaya 308 mln. avro məbləğində kredit vəsaiti verəcək. Vəsait 25 il müddətinə, illik 4%-lə ayrılacaq. Layihənin podratçısı qismində Azərbaycanın "AzVirt" şirkəti çıxış edəcək.
Layihənin təqidmatından sonra aparılan müzakirələrin nəticəsində layihə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB