İsa Nəcəfov növbəti dəfə Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

İsa Nəcəfov növbəti dəfə Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

İsa Nəcəfov növbəti 5 il müddətinə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələyə yenidən baxılıb. Müzakirələr nəticəsində İ.Nəcəfov daha 5 il müddətinə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Məlumat üçün bildirək ki, İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlan qala kəndində anadan olub. 22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə