Gürcüstanın NATO üzvü olmasına dair Buxarest sammitinin qərarı qüvvədədir. Bunu Şimali Atlantika Alyansının baş katibi Andres Foq Rasmussen Brüsseldə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündən sonra bildirib.
Gürcüstan prezidentinin rəsmi saytı xəbər verir ki, baş katib rəsmi Tbilsinin ölkədə bəzi islahatlar aparmalı olduğuna da diqqət çəkib. O, Gürcüstanı NATO üzvü olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi baxımdan "model ölkə" adlandırıb.
M.Saakaşvili də öz növbəsində gürcü xalqı adından bildirib ki, ölkə Alyans üzvlüyünə doğru can atır. Bununla belə prezident islahatlar aparılmasının vacibliyini, bu prosesə beynəlxalq müşahidəçilərin cəlb edilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstan prezidenti NATO-Gürcüstan komissiyasının Brüsseldəki iclasında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB