“Çudo Peçka\"dan 6 min manat pul oğurlayan şəxs tutulub

“Çudo Peçka\"dan 6 min manat pul oğurlayan şəxs tutulub

Azərbaycan paytaxtında mağazadan oğurluq edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Pərviz Kərimova məxsus \"Çudo Peçka\" mağazasından 6000 manat pul və yaddaş kartı oğurlamış Bakı şəhər sakini Minas Əliyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə