Azərbaycanda insanların mehribanlığı Avronest PA-da iştirak etmək üçün gələn qonaqları heyran edib
Azərbaycanda insanların mehribanlığı, Bakının gözəlliyi Avronest Parlament Assambleyasının ikinci sessiyasında iştirak etmək üçün paytaxta gələn qonaqları heyran edib. SİA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Sosial Demokrat Partiyasının nümayəndəsi Marik Şivets deyib. O bildirib ki, səfər çərçivəsində onlar Azərbaycandakı dinamik inkişafın şahidi olublar. M.Şivetsin sözlərinə görə, Azərbaycan həqiqətən də az bir müddətdə böyük inkişaf yolu keçib.
"Mən özüm Azərbaycanda 30 il əvvəl olmuşam. Gördüklərimdən məmnunam, ölkəniz həddən artıq gözəlləşib. Bakı yalnız gözəlliyinə görə deyil, həm də coğrafi mövqeyinə görə dünyanın nadir şəhərlərindən biridir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB