Sergey Lavrovun Azərbaycana səfəri başlayır

Sergey Lavrovun Azərbaycana səfəri başlayır
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayır. SİA-nın verdiyi məlumata görə, XİN başçısı Bakıya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığı İrəvandan gələcək.

Bakıdakı müzakirələrin də əsas mövzusu münaqişənin nizamlanması olacaq. Rusiya XİN-in məlumatına görə, Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, eləcə də, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq. Nazirlər Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beş Xəzəryanı ölkənin 2010-cu ilin noyabrında Bakıda keçirilmiş sammitində qarşıya qoyulan vəzifələr fonunda Xəzər problemini müzakirə edəcəklər.

"Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın hazırlanması ilə bağlı işləri, sahil ölkələrinin iqtisadi əməkdaşlıbının inkişafı üçün əlverişli şəraitin yaradılmasını müzakirə etməyi planlaşdırırıq", - Rusiya XİN-dən bildiriblər.

Bundan başqa, danışıqlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü fonunda regional və beynəlxalq təşkilatlarda qarşılıqlı qarşılıqlı əlaqələrə də toxunulacaq. "Nazirlər ticari-iqtisadi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə