Avronest PA-nın komitə iclasında hesabat qəbul olundu

Avronest PA-nın komitə iclasında hesabat qəbul olundu

Bakıda keçirilən Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında hesabat qəbul edilib. SİA-nın xəbərinə görə, "Aİ və Şərq Tərəfdaşlığı ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri" mövzulu hesabatın həmməruzəçisi azərbaycanlı millət vəkili Əli Hüseynli olub. O bildirib ki, bu hesabat hazırlanarkən xeyli razılıqlara imza atılıb. Ə.Hüseynlinin sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələri üçün ən prioritet məsələ Avropa dəyərləri və insan hüquqlarının inkişafıdır.

"Komitənin hesabatı hazırlanarkən bu kimi hallara, korrupsiyaya qarşı mübarizə məsələlərinə, medianın inkişafına böyük yer ayrılıb. Hesabata edilən tövsiyələr də bu xarakterlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə