Narika Nikolay: \"Azərbaycan Avropa üçün böyük əhəmiyyətə malik bir dövlətdir\"
"Avropa İttifaqı tərəfindən belə bir konfransın Azərbaycanda keçirilməsi bizim üçün bir siqnaldır. Bu da Azərbaycana verilən əhəmiyyətin bir göstəricidir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Avronest PA-nın II sessiyası çərçivəsində çıxış edən Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komitənin həmsədri və Avronestin üzvü Narika Nikolay deyib.
"Azərbaycanın qonşu dövlətlərə olan münasibətindən, Dağlıq Qarabağ münaqişəsindən xəbərdarıq. Azərbaycanın təhlükəsizliyi nöqteyi-nəzərindən bu konflikt aspektində tanınmasını istəmirik. Azərbaycan Avropa üçün böyük əhəmiyyətə malik olan bir dövlətlər kimi yüksək səviyyədə tanınması nöqteyi-nəzərdən Azərbaycanda bu iclasın keçirilməsinin böyük əhəmiyyəti var",-deyə N.Nikolay qeyd edib.
Çıxışı zamanı o bildirib ki, Azərbaycan hökuməti tərəfindən görülən işlər yüksək səviyyədə qiymətləndirilir: "Avropada uzun müddətdir ki, maliyyə böhranı baş verməkdədir. Bu da insanların sosial hüquqlarının pozulması baxımından müəyyən problemlərə səbəb olur. Amma Azərbaycanda təhsil, səhiyyə kimi sahələrdə maaşlar artırılıb ki, bu inkişafları biz yüksək qiymətləndiririk",- deyə komitə sədri əlavə edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB