Litva XİN-i: “Litvanın ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb”

Litva XİN-i: “Litvanın ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb”

"Litva baş nazirinin Azərbaycana səfəri gözlənilir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Audronyus Ajubalis xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib. Litvanın Azərbaycanla xüsusən enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu deyən A. Ajubalis ölkəsinin 3 milyard kubmetr həcmində sıxılmış qaz terminalı inşa etməyə hazırlaşdığını və 2014-cü ildə tikintinin başa çatacağını açıqlayıb.

Azərbaycan-Litva münasibətlərinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Litvanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə