Erməni deputat: \"Ermənistan güzəştlərə hazırdır\"

Erməni deputat: \"Ermənistan güzəştlərə hazırdır\"

"Əlbəttə ki, mövcud status-kvo daimi ola bilməz. Bu cür sülh şəraiti belə müharibədən yaxşıdır. Lakin hər görüşdən sonra biz eşidirik ki, Azərbaycan silahlanmaya böyük büdcə vəsaiti ayırır".


SİA-nın verdiyi xəbərə görə, bu sözləri Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan jurnalistlərə açıqlamasında deyib. O, münaqişənin həllində Ermənistanın güzəştlərə hazır olduğunu bildirib: "İki tərəf də güzəştə gedərsə və onlar ortaq məxrəcə gələrsə, münaqişənin həlli cəmi bir neçə həftə çəkər. Mən belə hesab edirəm ki, məsələnin sülh yolu ilə həllinə imkan var".



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə