Bu gün Sergey Lavrovun Cənubi Qafqaza səfəri başlayır

Bu gün Sergey Lavrovun Cənubi Qafqaza səfəri başlayır

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqaza səfəri başlayır. SİA-nın xəbərinə görə, Rusiya XİN-i öncə Ermənistanın paytaxtı İrəvanda olacaq. Onunu Serj Sarkisyan və erməni həmkarı Edvard Nalbəndyanla görüşü nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi gözlənilir.

Lavrov aprelin 3-də isə Bakıya səfər edəcək. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə beynəlxalq və regional məsələlər, Dağlıq Qarabağ və Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə