Sabahdan ölkə ərazisində temperatur yüksəlməyə başlayacaq

Sabahdan ölkə ərazisində temperatur yüksəlməyə başlayacaq
Sabahdan başlayaraq ölkə ərazisində temperatur yüksəlməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, sabah Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Martın 30-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 29-da əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 30-31-də əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə