Erməni-fransız assosiyasiaysi Ermənistan parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini rədd etməsini şok kimi qəbul edib. Ermənistan mətbuatı xəbər verir ki, adı çəkilən təşkilatın üzvləri qanunverici orqanın bu hərəkətini biabırçılıq adlndırıblar. Fransada yaşayan ermənilər parlamentin bu qərarı qəbul etməməsini anlamadıqlarını və onların həmrəyliyinə ziyan dəydiyini bildiriblər.
Xatırladaq ki, martın 19-da Ermənistan parlamentində "Naslediye" müxalifət partiyasının deputatları tərəfindən Osmanlı imperiyası dövründə guya qondarma "erməni soyqırımı"nın törədilməsi haqda qanun layihəsi müzakirəyə çıxarılsa da, cəmi 17 səs alaraq rədd edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB