ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Polşada gizli həbsxanalarının olması ilə bağlı xəbər Polşa cəmiyyətini bir-birinə qatıb desək, yanılmarıq. İş o yerə çatıb ki, məsələyə prezident Bronislav Komarovski də münasibət bildirib: "Vaxtilə bunun obyektiv araşdırılmasını tələb etmişdim. Çünki məsələ birbaşa Polşanın imici ilə bağlıdır. Əlbəttə, bu, Polşa dövlətçiliyi baxımdan da həssasdır, həyati əhəmiyyətlidir. Amma onun araşdırılması üçün müvafiq hüquq-mühafizə orqanları var".
Polşa mətbuatı xəbər verir ki, B.Komarovskinin fikrincə, inzibati orqanlar vəziyyətə aydınlıq gətirilməsində əsl həqiqətin ortaya çıxarılması zərurətini ölkənin imicinə qurban verməməlidirlər.
Qeyd edək ki, Polşanın keçmiş xüsusi xidmətinin rəhbəri Zbiqnev Sementkovski vəzifə səlahiyyətlərini aşaraq beynəlxalq hüquqa zidd əməllər həyata keçirməkdə, daha dəqiqi hərbi əsirlərə fiziki təzyiqlər göstərməkdə ittiham olunur.Keçmiş xüsusi xidmət rəhbərinə qarşı irəli sürülən ən böyük ittiham isə onun ölkə ərazisində MKİ-nin qanunsuz həbsxanalarının təşkilində iştirakının bildirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB