Martın 26-da Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti işə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də sammitdə iştirak edir. Nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. 50-dən çox ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunur.
Xatırladaq ki, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Seulda İordaniya kralı II Abdulla ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB