Erməni ekspert: “Qarabağ münaqişəsində Türkiyəyə qarşı İranın aktivliyinə güvənmək lazımdır”

Erməni ekspert: “Qarabağ münaqişəsində Türkiyəyə qarşı İranın aktivliyinə güvənmək lazımdır”

"ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışan Türkiyə nəinki danışıqlar formatını dəyişmək, habelə özü həmin prosesdə yer tutmaq niyyətindədir". SİA-nın xəbərinə görə, bunu politoloq Aristakes Simavoryan Ərdoğan-Obama görüşünə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Türkiyə təkcə regional deyil, eyni zamanda qlobal gücə çevrilir: "Bu siyasətin əsasını ölkənin xarici işlər naziri Əhməd Dovudoğlu qoyub. Bunun üçün türklərin iqtisadi imkanları da var. Türkiyənin böyük gücə çevrilməsi Qarabağ münaqişəsi ətrafında Ermənistanın ziyanına nəticələnəcək".

Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyəyə qarşı İranın aktivliyinə güvənmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə