Putin-Obama görüşü keçiriləcək

Putin-Obama görüşü keçiriləcək

ABŞ prezidenti Barak Obama ilə Rusiyanın yeni seçilmiş dövlət başçısı Vladimir Putin görüşəcəklər. Bu, Putinin yeni dövlət başçısı kimi andiçmə mərasimindən sonra baş tutacaq.


\"Kommersant FM\" xəbər verir ki, Ağ Ev və Kreml rəhbərlərinin görüşəcəyinə dair məlumat Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxsusdur.


S.Lavrovun sözlərinə görə, belə bir razılıq prezidentlər arasındakı telefon danışığında əldə olunub: \"Obama Putinə zəng vurmuşdu. Onlar Rusiya-ABŞ münasibətlərinin əsas aspektləri ilə bağlı müzakirələr apardılar. Qərara alındı ki, tezliklə görüşsünlər\", - deyə o deyib.


Rus-Amerikan münasibətlərindən söhbət açan Lavrov qeyd edib ki, Rusiyaya qarşı NATO və ya Birləşmiş Ştatlar tərəfindən hər hansı təcavüz planı yoxdur: \"Onlar həmişə bizə deyirlər ki, Rusiyaya hücum üçün heç bir əsasları və bunun üçün resursları yoxdur\".


Qeyd edək ki, V.Putinin innaqurasiyası mayın 7-də baş tutacaq. Bu ilin payızında isə ABŞ-da prezident seçkisinin ajiotajı yaşanacaq. Belədə iki ölkənin dövlət başçılarının görüşmələrinə sıx iş qrafikinin maneçilik törətməsi mümkündür. O da mümkündür ki, Ağ Evin hazırkı rəhbəri yenidən seçilməsin. Məsələyə diqqət çəkən ekspertlər mövcud durumda Obama-Putin görüşünün 2012-ci il üçün hansısa prinsipial əhəmiyyət daşıyacağını söyləməkdə çətinlik çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə