Səbail rayonunda Novruz bayramı ilə əlaqədar imkansız ailələrə yardım göstərilib - FOTO
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. SİA-nın verdiyi xəbərə görə, Səbail rayonunda Novruz bayramının geniş keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində keçirilən tədbirlərlə yanaşı rayonda yaşayan aztəminatlı ailələr də yaddan çıxmayıb, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztəminatlı ailələr üçün ərzaq bağlamaları təşkil olunub.
Rayonda keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində mərasim təşkil olunub. Mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Qızıl Aypara, Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbayjandakı Rus İcmasının və "Sodrucestvo" cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Bayram tədbirndə iştirakçıları Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev salamlayaraq onları sevimli Novruz bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilib ki, iki gün əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olmuş, onların bayramlarını təbrik edərək özləri ilə apardıqları bayram hədiyylərini təqdim edib böyük konsert proqramı təşkil ediblər.
Əziz bayram ərəfəsində isə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, bələdəiyyələrin vəsaiti hesabına alınaraq təşkil olunmuş ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə - ümumilikdə 3000-dən çox ailəyə təqdim olunub.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Novruz bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB